Ukraynada daha bir azərbaycanlı həlak olub – Foto

Oxunma vaxtı:20 Saniyə

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Goranboy rayon, Nadirkənd sakini Şəhriyar Cəlilov noyabrın 17-si Xarkov istiqamətində həlak olub.

Bildirilib ki, o, əvvəl Daxili Qoşunlarda baş leytenant kimi xidmət edib, sonra ordudan tərxis olunaraq Rusiya ordusunun sıralarına qoşulub.

Ş.Cəlilovun meyiti hazırda Ukrayna tərəfinin nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün olmayıb.

Loading

Next Post

Suqovuşan-Kəlbəcər yolunun inşası davam edir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, uzunluğu 80 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir. […]