Ədliyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

alfonsonri
Oxunma vaxtı:19 Saniyə

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib.

Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb.

Loading

Next Post

Azərbaycanda 27 yaşlı qadın itkin düşüb - FOTO

Goranboyda qadın itkin düşüb. Dogrusoztv.az xəbər verir ki, bu barədə apa-ya itkin düşən qadının atası Seymur Əhmədov məlum verib. O bildirib ki, qızı Goranboy rayonunun Faxralı kənd sakini 1996-cı il təvəllüdlü Əhmədova Rəvanə Seymur qızı martın 23 də saat 16:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Hadisə ilə […]