Azərbaycanda 27 yaşlı qadın itkin düşüb – FOTO

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Goranboyda qadın itkin düşüb.

Dogrusoztv.az xəbər verir ki, bu barədə apa-ya itkin düşən qadının atası Seymur Əhmədov məlum verib.

O bildirib ki, qızı Goranboy rayonunun Faxralı kənd sakini 1996-cı il təvəllüdlü Əhmədova Rəvanə Seymur qızı martın 23 də saat 16:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda qadının axtarışları davam edir.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Loading

Next Post

Rusiyalı məmurlar ondan icazəsiz ölkədən çıxa bilməyəcək

“Rusiyalı deputatlara ölkənin Baş naziri Mixail Mişustinin icazəsi olmadan ölkəni tərk etmək qadağan edilib”. Bu barədə məlumatı Rusiyanın müxalif “The Bell” portalı yayıb. Məlumata görə, rusiyalı məmurlar aprelin 7-sindən xaricə ancaq rəsmi məsələlərlə bağlı səfər edə bilərlər: “Deputatlar öz növbəsində başqa ölkəyə getmək istədikdə Mişustindən şəxsən icazə almalıdırlar”. Bu qaydanın […]