İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.

Bu barədə İlham Əliyevin “X” sosial media hesabında paylaşım edilib.

“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.

Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”, – təbrikdə deyilir.

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Azərbaycana səfər edəcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə sentyabrın 6-da baş tutacaq səfərin məqsədi milli-mənəvi […]