İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Oxunma vaxtı:23 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qudauridə helikopterin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar gürcüstanlı həmkarı Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olmasından son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar Salome Zurabişviliyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Loading

Next Post

Emin Əmrullayev vəzifəsini itirir? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə nazir Emin Əmrullayevin vəzifəsini itirəcəyi barədə yayılan iddialara münasibət bildirib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq […]