“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”

Oxunma vaxtı:27 Saniyə

“Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edən zaman bildirib.

Dövlət başçısı bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlət başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb.

Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.

Loading

Next Post

Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı - Baş nazirlə görüş tələb olunur

Gürcüstanda xərçənglə mübarizə aparan vətəndaşlar və onların ailə üzvləri baş nazirlə görüş tələb edirlər. Onların keçirdiyi aksiyanın şüarı “Mən yaşamaq istəyirəm!” şəklindədir. Mitinq iştirakçıları hökumətin xərçənglə mübarizə proqramının indiyədək xeyirdən çox problem gətirdiyini bildiriblər. Bürokratiya ucbatından xərçəng xəstələri dövlətin əməliyyat və müalicə üçün vəd etdiyi maliyyə vəsaitini aylarla gözləyirlər, həyati […]