Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı – Baş nazirlə görüş tələb olunur

Oxunma vaxtı:27 Saniyə

Gürcüstanda xərçənglə mübarizə aparan vətəndaşlar və onların ailə üzvləri baş nazirlə görüş tələb edirlər.

Onların keçirdiyi aksiyanın şüarı “Mən yaşamaq istəyirəm!” şəklindədir.

Mitinq iştirakçıları hökumətin xərçənglə mübarizə proqramının indiyədək xeyirdən çox problem gətirdiyini bildiriblər. Bürokratiya ucbatından xərçəng xəstələri dövlətin əməliyyat və müalicə üçün vəd etdiyi maliyyə vəsaitini aylarla gözləyirlər, həyati vacib dərmanlar satışdan yoxa çıxır.

“Həyat üçün birlik” tərəfindən bəzi tələblər irəli sürülüb. Bunlara dövlət proqramını daha çevik etmək, adambaşına 25 min lari limitini götürmək, müalicəni tam maliyyələşdirmək və dərman qıtlığını aradan qaldırmaq kimi tələblər daxildir.

Modern.az 

Loading

Next Post

“Kişilik məktəbi”: Hərbi çağırış sistemindən yenilik nələr vəd edir…

Azərbaycanda son zamanlar hərbi xidmətə çağırış sistemində islahatlar aparılır. Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib. Yenixeber.org: Səfərbərlik Xidmətinin bu yaxınlarda dərc etdiyi rəsmi açıqlamada deyilir ki, 2023-cü ilin  may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ […]