Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Sentyabrın 5-də Bakıda keçirilmiş “Alufar IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər nəzərdə tutulmuş vaxtdan daha əvvəl aradan qaldırılıb və yollar sürücülərin istifadəsinə verilib.

Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən, məhdudiyyətlərin sentyabrın 5-də saat 16:00-dək davam etdirilməsi nəzərdə tutulurdu.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 7-dən 8-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, […]