Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

Oxunma vaxtı:22 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti II Asiya Qadınlar Forumuna qatılmaq məqsədilə Özbəkistanda səfərdədir.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Buxara şəhərinin beynəlxalq hava limanında Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədrinin səfər çərçivəsində Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Loading

Next Post

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Bu barədə “Report”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir. Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib. Rəsmi mərasimdən sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın […]