Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir

Oxunma vaxtı:26 Saniyə

Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

“Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumu sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürüdür. İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən Rusiya repressiv aparatını digər dövlətlərin vətəndaşlarına da qarşı yönəldir”, – səfir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya güc strukturları tərəfindən törədilmiş bu qanunsuz zorakılıq aktı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) və ictimaiyyətinin haqlı reaksiyasına səbəb olub.

Loading

Next Post

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək. Bu barədə “Report”a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib. Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. […]