Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Oxunma vaxtı:26 Saniyə

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.

Bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

Görüşdə, həmçinin Azərbaycan və Suriya arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib.

Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu.

Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

Loading

Next Post

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Hökumətlərarası Komissiyanın […]