Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında məlumat verilib.

“Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün qədər qısa müddətdə təhlükəsizliyinin təmin olunacağına ümid edirik”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Kamerun və Mərkəzi Afrika Respublikasının sərhədində qızıl mədəninin çökməsi 100-ə yaxın insanın həyatına son qoyub.

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

Loading

Next Post

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycanda avqustun 21-də havanın 36 dərəcə isti olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi […]