Spiker: Avropa Parlamenti qərəzli praktikasını davam etdirib

Oxunma vaxtı:39 Saniyə

Avropa Parlamenti Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

“Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq çərçivəsində, suverenlik prinsiplərinə ciddi əməl olunması şəraitində təmin edilə bilər. Avropa Parlamenti bu addımı ilə Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib, qətnamə Azərbaycanda real vəziyyəti əks etdirmir. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir. Sənəddə yer alan siyasi məhbuslar, siyasi təqiblər, akademik və mədəni hüquqların pozulması kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik. Azərbaycan qanunun aliliyi, dövlət müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir”, – deyə spiker vurğulayıb.

Loading

Next Post

Milli Məclisdə Amnistiya aktının müzakirəsi başlayıb

Parlamentdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi başlayıb. Plenar iclasda qeyd olunub ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin […]