Neft və Sənaye Universitetində keçid balları – SİYAHI

Oxunma vaxtı:40 Saniyə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024-cü il qəbul imtahanlarından sonra formalaşan ixtisaslar üzrə keçid balları açıqlanıb.

Ən yuxarı keçid balı “Neft-qaz mühəndisliyi” (ingilis dili) ixtisasında olub. Bu ixtisasda oxumayanlar ən azı 618.1 bal toplayıb.

Ən çox seçilən ixtisaslar üzrə keçid balları aşağıdakı kimidir:

Kompüter elmləri: 452.8 bal

Kompüter elmləri (ingilis dili): 561.2 bal

İnformasiya texnologiyaları: 513 bal

İnformasiya texnologiyaları (ingilis dili): 588.6 bal

Sənaye mühəndisliyi: 200 bal (dövlət sifarişli 307.6)

Sənaye mühəndisliyi (ingilis dili): 526.2 bal

Neft-qaz mühəndisliyi: 477.3 bal

İnformasiya təhlükəsizliyi (ingilis dili): 606.5 bal

Ən aşağı dövlət sifarişli keçid balı “Cihaz mühəndisliyi” (201.5), “Geologiya və geofizika mühəndisliyi” (203.7), “Geologiya” (226.1) ixtisaslarında olub.

II qrupda isə “İqtisadiyyat” ixtisası (tədris ingilis dilində) ən yüksək keçid balı ilə fərqlənib — 433.5 bal (pulsuz yer üçün).

Loading

Next Post

Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.  Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, […]