Bakıda unikal piyada körpüsü inşa edildi – VİDEO

Oxunma vaxtı:49 Saniyə

“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Ağ Şəhər Bulvarını birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, uzunluğu 234 metr, eni isə 7-13 metr arası dəyişən piyada körpüsü bir aşırımlı olmaqla layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılıb”.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edir. Bu səbəbdən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq.

Piyadalar körpü vasitəsilə Zaman meydanına, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər isə gələcəkdə metronun yeni “Ağ Şəhər” stansiyasına keçidi təmin edəcək.

Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.

Loading

Next Post

Zelenski: Fransada Zaporojye AES və ərazilər məsələlərini müzakirə edəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski Fransada keçiriləcək danışıqlarda müharibənin başa çatdırılması üçün əsas çərçivə üzrə ən mürəkkəb, xüsusilə də Zaporojye Atom Elektrik Stansiyası və ərazilərə dair məsələlərin müzakirəsinin gözlənildiyini bildirib. O bu barədə öz teleqram kanalında yazıb. V.Zelenskinin sözlərinə görə, bu gün artıq Ukrayna danışıqlar komandasının Fransadakı işi barədə Rustem Umerovun […]