Zelenski: Fransada Zaporojye AES və ərazilər məsələlərini müzakirə edəcəyik

Oxunma vaxtı:43 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski Fransada keçiriləcək danışıqlarda müharibənin başa çatdırılması üçün əsas çərçivə üzrə ən mürəkkəb, xüsusilə də Zaporojye Atom Elektrik Stansiyası və ərazilərə dair məsələlərin müzakirəsinin gözlənildiyini bildirib.

O bu barədə öz teleqram kanalında yazıb.

V.Zelenskinin sözlərinə görə, bu gün artıq Ukrayna danışıqlar komandasının Fransadakı işi barədə Rustem Umerovun ilk məruzəsi təqdim olunub. ABŞ Prezidentinin nümayəndələri ilə növbəti danışıqlar sessiyası keçiriləcək və bu, iki gün ərzində belə danışıqların artıq üçüncü sessiyasıdır.

Prezident vurğulayıb ki, Ukrayna çətin məsələlərdən qaçmır və heç vaxt sülhə maneə olmayacaq: “Sülh layiqli olmalıdır. Bu, tərəfdaşlardan asılıdır – Rusiyanın müharibəni bitirmək üçün həqiqi hazırlığını təmin edəcəklərmi”.

Qeyd edək ki, daha əvvəl Parisdə İstəklilər Koalisiyasının görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsi niyyəti ilə bağlı bəyannamə imzalayıblar. İştirakçılar həmçinin Kiyevə təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar.

Loading

Next Post

Özbəkistanda 20 minə yaxın insanı qanunsuz yolla Ümrə ziyarətinə göndərmək istəyənlər saxlanılıb

Özbəkistanda hüquq-mühafizə orqanları 19,5 min nəfər üçün qanunsuz Ümrə ziyarətini təşkil edən “Jalolquduq Aviatrans” adlı qeyri-qanuni turizm agentinin fəaliyyətini ifşa ediblər. “Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə DİN bildirib. İstintaqın məlumatına görə, təşkilatçılar zəvvarlardan 22,8 milyon dollar toplayıblar. Vergi və məcburi ödənişlərdən yayınma məbləği 15,3 milyard sumu […]