Özbəkistanda 20 minə yaxın insanı qanunsuz yolla Ümrə ziyarətinə göndərmək istəyənlər saxlanılıb

Oxunma vaxtı:33 Saniyə

Özbəkistanda hüquq-mühafizə orqanları 19,5 min nəfər üçün qanunsuz Ümrə ziyarətini təşkil edən “Jalolquduq Aviatrans” adlı qeyri-qanuni turizm agentinin fəaliyyətini ifşa ediblər.

“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə DİN bildirib.

İstintaqın məlumatına görə, təşkilatçılar zəvvarlardan 22,8 milyon dollar toplayıblar. Vergi və məcburi ödənişlərdən yayınma məbləği 15,3 milyard sumu (1,2 milyon dolları) keçib, dövlətə dəyən ziyan isə 1,8 milyard sum (150,4 min dollar) olaraq qiymətləndirilib.

Səudiyyə Ərəbistanında lazımi yaşayış şəraitinin olmaması səbəbindən 534 Özbəkistan vətəndaşı çətin vəziyyətə düşüb və xüsusi reyslər vasitəsilə vətənə qaytarılıb.

Şirkətin fəaliyyəti ilə bağlı cinayət işi açılıb, 13 nəfər saxlanılıb, daha bir nəfər məsuliyyətə cəlb edilib.

Loading

Next Post

Prezidentin müsahibəsindən çıxan qənaət: C6 və TDT bir-biri üçün faydalıdır - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurası və Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı məsələlərə də münasibət bildirib.O, xarici siyasətlə bağlı önəmli nailiyyətlərdən biri kimi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsini ayrıca qeyd edib. Vurğulanıb ki, Azərbaycanın bu Şuraya […]