ABŞ qırıcıları Alyaska yaxınlığında Rusiyanın iki strateji bombardmançısını nəzarətə götürüb

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2023-04/1681961534_e99be4ca-426d-3204-a12e-c4ae1c970e18_850-1.jpg[/img][/center]

ABŞ qırıcıları Rusiyanın iki “Tu-95” strateji bombardmançı təyyarəsini nəzarətə götürüb.

Bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NOPAD) mətbuat xidməti məlumat yayıb.

NOPAD personalı Alyaska Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olan və fəaliyyət göstərən iki Rusiya təyyarəsini aşkarlayıb, izləyib, dəqiq təsbit edib və nəzarətə götürüb. Bildirilib ki, nəzarətə götürmə “F-16” və “F-22” qırıcıları tərəfindən gerçəkləşdirilib.

Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb və ABŞ ilə Kanadanın hava məkanına daxil olmayıb. Komandanlıq qeyd edib ki, bu cür uçuşlar mütəmadi baş verir və təhlükə və ya təxribat xarakterli hərəkətlər hesab edilmir.

Loading

Next Post

29 ildən sonra ilk: İsrailli nazir...

İsrailin xarici işlər naziri Eli Kohen Türkmənistana tarixi səfər edib. Kohen 29 il sonra Türkmənistana səfər edən israilli nazir kimi tarixə düşüb. “Mən İranla sərhəddən 17 km aralıda İsrail səfirliyini açmağa, prezident və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməyə gəlmişəm. Türkmənistanla əlaqələr təhlükəsizlik və siyasi baxımdan böyük əhəmiyyət kəsb […]