Zelenski yeni beynəlxalq təşkilat yaratmağı təklif etdi

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Ukrayna prezident Volodimir Zelenski dünyada aclığın qarşısını almaq üçün beynəlxalq təşkilat yaratmağı təklif edib. 

O, bu barədə Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına xüsusi videomüraciətində bildirib.

Ukrayna liderinin sözlərinə görə, aclıq hələ başlamamış halda “yalnız profilaktik olaraq” dayandırılmalıdır.

“Amma indi dünyada belə bir vasitə yoxdur. Və biz insan hüquqlarına və qlobal ticarət qaydalarına hörmətlə hərəkət edə biləcək məsuliyyətli və demokratik ərzaq ixrac edən dövlətlərdən ibarət təşkilat yaratmağı təklif edirik. Və Ukrayna belə yeni təşkilat üçün platforma təqdim etməyə hazırdır”, – deyə Zelenski bildirib.

Loading

Next Post

Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında Mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən […]