ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

Oxunma vaxtı:26 Saniyə

ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

ABŞ-ın İrandakı səfirliyinin mətbuat xidməti vətəndaşlara mümkün olduqda quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxışı nəzərdən keçirməyi tövsiyə edib.

“Səfəriniz üçün ABŞ hökumətinin köməyindən asılı olmayan çıxış planı hazırlayın”, – deyə səfirliyin açıqlamasında bildirilir.

Bundan əlavə, diplomatik nümayəndəlik İran ərazisində internetin fəaliyyətində fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edib. Qeyd olunub ki, ABŞ vətəndaşları İranda saxlanılma baxımından yüksək risk altındadır və ABŞ pasportunun nümayişi və ya ABŞ-la əlaqələrin olması belə həbs üçün əsas ola bilər.

Loading

Next Post

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları azalaraq 69,77 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,80 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]