Gürcüstan Prezidenti: Ölkədə mövcud siyasi böhran süni şəkildə yaradılıb

Oxunma vaxtı:45 Saniyə

Gürcüstanda mövcud siyasi böhran süni şəkildə yaradılıb.

Bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstanın antiqərb siyasəti yürütməsi barədə iddialar dezinformasiyadır.

“Sülhün alternativi yoxdur. Bu, ABŞ-də Donald Trampın qələbəsindən sonra daha aydın oldu. Bizim antiamerika və ya antiqərb fəaliyyətlər həyata keçirdiyimiz barədə iddialar həqiqəti əks etdirmir”, – deyə prezident vurğulayıb.

O qeyd edib ki, Gürcüstan hökumətinə qarşı təzyiqlər Rusiya-Ukrayna müharibəsi başlayandan sonra daha da artıb: “Bizdən Rusiyaya qarşı müharibəyə qoşulmağı, könüllü döyüşçülər göndərməyi və sanksiyalara dəstək verməyi tələb etdilər. Lakin bu, Gürcüstan üçün böyük təhlükə yarada bilərdi”.

Kavelaşvili vurğulayıb ki, Gürcüstan Avropa İttifaqının namizəd trio ölkələri arasında (Ukrayna, Moldova, Gürcüstan -red.) zəruri öhdəlikləri ən yaxşı yerinə yetirsə də, ilk mərhələdə status ala bilməməsi anlaşılan deyil.

Prezidentin sözlərinə görə, “Xalqın Gücü” adlı müstəqil qrup yaradaraq Gürcüstan cəmiyyətini xarici təzyiqlər barədə məlumatlandırmağa çalışıblar: “Bizim mövqeyimiz ölkənin xilasına yönəlmiş cəsarətli addım idi”.

Loading

Next Post

Baş nazir: Azərbaycan rəqəmsal transformasiyaya və beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir

Azərbaycan rəqəmsal infrastrukturun inkişafı üzərində işləyir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib.