Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib

Oxunma vaxtı:24 Saniyə

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Humanitar mülahizələrə əsaslanaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa atəşkəsini elan edir. Bu müddət ərzində bütün döyüş əməliyyatlarını dayandırmağı əmr edirəm. Ukrayna tərəfinin bizim nümunəmizi izləyəcəyini düşünürük. Eyni zamanda, qoşunlarımız atəşkəsin mümkün pozuntularına və düşmən tərəfindən təxribatlara, onun hər hansı təcavüzkar hərəkətlərinə qarşı cavab verməyə hazır olmalıdır”, – Putinin bəyanatında deyilib.

Loading

Next Post

Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. […]