ABŞ səfirliyi: 11 sentyabr terrorundan sonra Azərbaycanın dəstəyini hər zaman qiymətləndirəcəyik

Oxunma vaxtı:22 Saniyə

ABŞ-nin Azərbaycandakı səfirliyi 2001-ci il 11 sentyabr terror aktlarında həlak olanların xatirəsini yad edib.

Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bu gün səfir Mark Libbi və ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları Nyu-Yorkda törədilən 11 sentyabr 2001-ci il terror aktlarının 2977 günahsız qurbanının xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar. ABŞ tariximizin bu faciəli anında bizimlə birlikdə olan və yardım təklif edən Azərbaycanın dəstəyini həmişə qiymətləndirəcək”, – paylaşımda bildirilib.

Loading

Next Post

Ermənilər Naxçıvanı atəşə tutdu

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.