Ermənilər Naxçıvanı atəşə tutdu

Oxunma vaxtı:15 Saniyə

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

Nazir: İraq Türkiyə ilə əlaqələri inkişaf etdirmək üçün ciddi siyasi iradə ortaya qoymalıdır

İraq Türkiyə ilə əlaqələri inkişaf etdirmək üçün ciddi siyasi iradə ortaya qoymalıdır. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu” informasiya agentliyinin efirində deyib. O, bildirib ki, bu, enerji sahəsində də ikitərəfli əlaqələri gücləndirə bilər. Nazir söyləyib ki, ikitərəfli əlaqələrin inkişafı həm Türkiyənin, həm də İraqın maraqlarına uyğundur: […]