İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir – İtaliyan senator

Oxunma vaxtı:57 Saniyə

İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir və İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir.

“İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir”, deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.

“İtaliya yalnız neft və qazla deyil, habelə sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycan ilə ortaq bir yolun fəal iştirakçısı olmalıdır”, deyə italyan senator fikirlərini tamamlayıb.

https://www.agenzianova.com/a/5fbd4880857a68.90728217/3205468/2020-11-24/nagorno-karabakh-papatheu-fi-italia-sostenga-azerbaigian-dopo-fine-guerra

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib

Yeni Azərbaycan Partiyası Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, YAP-ın etiraz bəyanatında qeyd olunur ki, Avropa demokratiyasının aparıcı dövlətlərindən sayılan Fransanın qanunverici orqanı tərəfindən belə addımın atılmasını suveren Azərbaycan dövlətinə qarşı qeyri-dost münasibət, onun […]