Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Oxunma vaxtı:18 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.

Bu barədə “Anadolu” məlumat yayıb.

Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.

Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşü olacaq.

Loading

Next Post

Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub

Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub. Mayın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva ilə görüşü olub.