İvanişvili koronavirusun fəsadları ilə üzləşib – Xəstədir

Oxunma vaxtı:25 Saniyə

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili koronavirusun fəsadları ilə üzləşib.

Bunu yerli mətbuata partiyanın mətbuat xidməti bildirib.

Qeyd olunub ki, İvanişvili iki həftə əvvəl xəstələnib və hələ də müalicəsi davam edir,

Partiya deyiblər ki, məhz bu səbəbdən İvanişvilinin medal qazanan olimpiyaçılara təbrik məktubunu gec dərc edirlər.

Milyarder müraciətində cüdoçular Tato Qriqalaşvili (81 kq-a qədər çəkidə, gümüş), Laşa Bekauri (90 kq-a qədər çəkidə, qızıl) və İlya Sulamanidzeni (100 kq-a qədər çəkidə, gümüş) təbrik edir.

Loading

Next Post

COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb. Bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün […]