Müctəba Xamenei İsrail və ABŞ-ı “digər cəbhələr”in açılacağı ilə hədələyib

Oxunma vaxtı:27 Saniyə

Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq.

Bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

O qeyd edib ki, ABŞ və İsrailin “daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması” ilə bağlı araşdırmalar aparılıb.

“Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin aktivləşdirilməsi həyata keçiriləcək”, – İranın Ali Rəhbəri vurğulayıb.

Müctəba Xamenei “düşmənlərin etdiklərinin hesabını ödəyəcəyini” deyib.

“Yenə təkrar edirəm: İran İslam Respublikası bölgədə hökmranlıq və ya müstəmləkəçilik yaratmaq istəmədən, bütün qonşularla birlik, əməkdaşlıq və qarşılıqlı səmimi münasibətlər saxlamağa tam hazırdır”, – o əlavə edib.

Loading

Next Post

Paşinyan Vensə qondarma "Artsax"la bağlı kitab verən “soyqırımı muzeyi”nin direktorunu işdən qovub

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib. O, bu gün bu barədə brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax” haqqında kitab hədiyyə etməsi və “Artsax” barədə danışması ilə bağlı suala cavabında deyib. “Bəli, istefa ərizəsi yazmasını xahiş etdim. […]