Çin Afrika ölkələrinin hərbçilərinə təlimlər keçəcək

Oxunma vaxtı:36 Saniyə

Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçusunu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək.

Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.

“Çin Afrikadan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının təlimini təmin edəcək. Biz regiondan 500 gənc zabiti ölkəmizə dəvət edəcəyik”, – deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, bu proqram Çinin qlobal təhlükəsizlik təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Çin bu layihənin gerçəkləşməsi üçün 1 milyard yuan (140 milyon dollar) ayıracaq.

“Çin və Afrika tərəfi birgə təlimlər, məşqlər və patrul, “Minasız Afrika” tədbirləri keçirəcək”, – ÇXR sədri əlavə edib.(TASS)

Loading

Next Post

Məktəblərin tədris planları təsdiqlənib

Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planları təsdiqlənib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir […]