Azərbaycan Egeyə qədər radar məlumatlarına sahib olacaq

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Türkiyə və Azərbaycan hava məkanına nəzarət etmək üçün birgə sistem tətbiq edəcək.

Bunu Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün deyib.

O, HAKİM adlı Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsindən bəhs edib: “Bu yolla hər iki ölkənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edəcək. Türkiyə və Azərbaycan HAKİM sisteminə keçəndə təbii ki, ortaq bir sistem olacaq.

Azərbaycandakı bir radardan əldə edilən radar izi məlumatları Azərbaycandakı HAKİM vasitəsilə Türkiyəyə ötürülə biləcək və ya əksi də mümkün olacaq. Nəticədə Egeydən Xəzərə qədər geniş bir ərazidə radar məlumatları HAKİM-də əks olunacaq”.

Loading

Next Post

“Yeni PUA-lar və uzaqmənzilli raketlərin gətirilməsi haqda kontraktlar imzalanıb”

“Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır”. Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlət başçısı bildirib ki, Vətən müharibəsindən sonra […]