“Əks halda dollar dəyərini tamamilə itirəcək” – Xəbərdarlıq etdi

Oxunma vaxtı:21 Saniyə

Amerikalı iş adamı, “SpaceX”in təsisçisi İlon Mask ölkənin dövlət borcu ilə bağlı problemin həll olunmayacağı təqdirdə ABŞ dollarının dəyərini tamamilə itirəcəyi barədə xəbərdarlıq edib.

O bu barədə “X” hesabında yazıb.

“Biz dövlət borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərini tamamilə itirəcək”, – Mask bildirib.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Valyuta Fondunun Büdcə məsələləri üzrə Departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-nin dövlət borcunun artması dünyada yan təsirlərə səbəb olur.

Loading

Next Post

Ötən həftə Xankəndidə 33 avtomat tapılıb

Xankəndi şəhəri ərazisindən 27 aprel-3-may tarixlərində polis əməkdaşları xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, həmin müddət ərzində 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, […]