“Qarabağ”ın Çempionlar Liqasının I raundundakı ilk potensial rəqibi

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan çempionu olan “Qarabağ” 2024-25 mövsümündə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. 

Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlərin sırasında qərarlaşacaq.

“Qarabağ”la yanaşı, ÇL-ə vəsiqəni təmin edən daha 4 komanda – HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) də güclülərin arasında olacaq.

Yalnız İslandiya təmsilçisi “Vikinqur”un səpələnməmişlərdə qərarlaşacağı dəqiqdir. Yəni Reykyavik klubu “Qarabağ”ın ilk potensial rəqibidir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Loading

Next Post

Elm və Təhsil Nazirliyindən müəllimlərə XƏBƏRDARLIQ

Müəllimlər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır.  Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat yayıb. Bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.  Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı […]