Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı: “Los-Ancelesdə keçiriləcək olimpiadanın qalibi olmaq istəyirəm”

Oxunma vaxtı:30 Saniyə

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və qalib gəlmək istəyirəm.

Bunu “Report”a açıqlamasında Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanan Azərbaycanın idman gimnastı Nikita Simonov deyib.

Halqalarla hərəkətlərdə fəxri kürsünün birinci pilləsinə qalxan 28 yaşlı idmançı Milli Gimnastika Arenasında gerçəkləşən yarışla bağlı təəssüratının çox yaxşı olduğunu bildirib:

“Evimizdə, Bakıdakı Dünya Kubokunda mübarizə apardıq. Möhtəşəm turnir idi. Bu ilin ilk yarışında, Almaniyanın Kotbus şəhərində gümüş medal qazanmışdım. Amma bura Bakıdır. Məhz burada qızıl mükafat əldə etmək çox yaxşıdır. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, Dünya Kubokunda 19 ölkə gimnastları çıxış ediblər.

Loading

Next Post

DİM martın 16-da sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 16 mart 2025-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. “Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına […]