Avroliqa: “Qarabağ”ın rəqibləri nə vaxt müəyyənləşir?

Oxunma vaxtı:22 Saniyə

Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək.

Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib.

Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-də açıqlanacaq.

Loading

Next Post

Azərbaycan həbsxanalarında ömürlük cəza çəkən 14 əcnəbi var - RƏSMİ

Azərbaycandakı cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiv, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya və Ukrayna vətəndaşları var. Bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov “Şəxslərin öz iradəsi ilə […]