Azərbaycan həbsxanalarında ömürlük cəza çəkən 14 əcnəbi var – RƏSMİ

Oxunma vaxtı:29 Saniyə

Azərbaycandakı cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiv, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya və Ukrayna vətəndaşları var.

Bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.

O qeyd edib ki, həmin əcnəbilər arasında ömürlük cəza çəkən şəxslər də var:

“Onların 4-ü vətəndaşlığı olmayan, 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaşlarıdır”.

Loading

Next Post

Qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı

[center][img]https://azadmedia.az/uploads/posts/2024-08/1724921805_1724921413_1724921092_e3be291ba00b107b8d0741706fff79d7.jpg[/img][/center] Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb. Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb. Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir. S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib. Xatırladaq ki, hadisə 27 iyul tarixində […]