Prezident İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib (FOTO)

Oxunma vaxtı:26 Saniyə

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib.

Dogrusoztv.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Məlumat verildi ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üçmetrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr etdi.

Prezident İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib (FOTO)

Loading

Next Post

Noyabrın qalan günlərində hava necə olacaq? - HAVA XƏBƏRDARLIĞI

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir. Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, […]