Noyabrın qalan günlərində hava necə olacaq? – HAVA XƏBƏRDARLIĞI

Oxunma vaxtı:42 Saniyə

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 şaxta, gündüzlər 10-15 dərəcə isti olacağı gözlənilir.

Loading

Next Post

Ölkə başçısı ədliyyə orqanları işçilərini təltif edib - SİYAHI

Ədliyyə orqanları işçiləri təltif edilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı noyabrın 21-də sərəncam imzalayıb. Sərəncamla ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər mükafatlandırılıblar: “Tərəqqi” medalı ilə Əliyev Lətif Paşa oğlu Məmmədov Elnur Rövşən oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Ağayev Davud Maşalla oğlu Əliyev Emin Rza […]