Türk dünyasının liderləri Bakıya GƏLƏCƏK

Oxunma vaxtı:22 Saniyə

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Zirbə görüşünün tarixi dəqiq açıqlanmayıb.

Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü Macarıstanda keçiriləcək.

Xatırladaq ki, TDT-nin 11-ci Zirvə görüşü ötən il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.

Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə qurumun müşahidəçi üzvləridir.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli […]