Nazirlik əhalini təşvişə düşməməyə ÇAĞIRIR

Oxunma vaxtı:20 Saniyə

Pirəkəşkül və Ağdərədə 1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhv etmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – nazirliyin müraciətində qeyd olunub.

Loading

Next Post

KİV: Kiyev Tramp-Zelenski görüşündə israrlıdır

Ukrayna və ABŞ sülh sazişi ilə bağlı daim dialoq aparırlar, lakin növbəti danışıqlar raundunun keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bu barədə RBK-Ukrayna məlumatlı mənbəyə istinadən xəbər verib. Kiyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında şəxsi təmasın vacibliyində israr edir. “Məşvərətlər görüşlər arasında da dayanmır… Onlar daim davam […]