Bakıda 20 Yanvar qətliamının ildönümünə hazırlıq BAŞLADI

Oxunma vaxtı:58 Saniyə

20 Yanvar qətliamının növbəti ildönümü ilə bağlı Şəhidlər Xiyabanında ilkin hazırlıq işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları artıq Xiyaban ərazisində zədələnmiş plitələr və yer örtüklərini yeniləri ilə əvəz edir, ərazi yuyulur, təmizlik və abadlıq işləri görülür.

Bir sıra ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir. Həmçinin Xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyaların yaradılması üçün ilkin hazırlıq işlərinə də başlanılıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir.

“Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, növbəti həftə 20 Yanvar hadisələrinin 35-ci ildönümü tamam olacaq.

Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunan 20 Yanvar tarixi ölkədə qeyri-iş günüdür.

Loading

Next Post

Afrikadan qovulan fransızlar – SSRİ-yə oxşamağa başlayan Fransa - TƏHLİL

Fransa Afrikadan qovulur. Bu, qərəz deyil, reallıqdır. Fransa müstəmləkəçilərinin qalıqları qitədən çıxarılır. Rəsmi Parislə imzalanmış müqavilələr yenilənmir, müddəti uzadılmır. Çadla Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilə 2024-cü ilin iyulunda əldə edilən razılaşmaya əsasən, pozulub. Bununla da fransız ordusu ölkəni tərk etməyə başlayır. Artıq Fransa rəsmi şəkildə Abeşe şəhərindəki hərbi […]