ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Oxunma vaxtı:15 Saniyə

ABŞ Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Loading

Next Post

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb. Azərbaycan Prezidenti ilə Bakıda səfərdə olan ABŞ-nin Vitse Prezidenti arasında bundan əvvəl məhdud tərkibdə görüş olub.