Sarkozini 5 il həbsə məhkum edən hakimə qarşı təhdidlər araşdırılır

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Fransada məhkəmə işçilərinin həmkarlar ittifaqı keçmiş prezident Nikola Sarkoziyə qarşı hökmün çıxarılmasından sonra sosial şəbəkələrdə hakimin təhdid edilməsi ilə bağlı prokurorluğa şikayət verib.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Şikayətdən sonra iki araşdırma başlanıb, iş İnternetdə nifrətlə mübarizə üzrə Milli İdarəyə göndərilib.

Qeyd olunur ki, dövlət vəzifələrində çalışan şəxsləri ölümlə hədələməyə görə 5 ilədək həbs cəzası nəzərdə tutulur. Sosial şəbəkələrdə təqib və təhqirə görə iki ilə qədər həbs və 30 min avroya qədər cərimə təyin edilə bilər.

Loading

Next Post

Pakistanın Bakıdakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanda 27 sentyabr – Anım Günü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.Paylaşımda deyilir: “Azərbaycanlı qardaş və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Biz Qarabağın azad edilməsində göstərdikləri şücaətə görə əbədi olaraq yaddaşlarda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik”.