Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

DogruSozTv Az
Oxunma vaxtı:57 Saniyə

Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb

Bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq “3.28” – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.

Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);

İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);

Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı (minib-düşmə yeri);

9-cu köndələn küçəsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri);

Hüseynbala Əliyev küçəsi, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı (minib-düşmə yeri);

Süleyman Sani Axundov küçəsi, metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);

Füzuli küçəsi, “28 Mall”un yanı (minib-düşmə yeri);

Şəmsi Bədəlbəyli küçəsi, “28 Mall”un yanı (avtobus zolağında minib-düşmə yeri).

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır. Bu barədə MÜTDA-dan məlumat verilib. Bildirilib ki, 27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026–2027-ci tədris […]