Qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı

Oxunma vaxtı:39 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2024-08/1724921805_1724921413_1724921092_e3be291ba00b107b8d0741706fff79d7.jpg[/img][/center]

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb.

Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.(Oxu)

Loading

Next Post

Müxalifət seçkilərə niyə az namizədlə qatılıb? - SƏBƏBLƏR

Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə demək olar ki, əksər siyasi partiyalar namizədləri ilə iştirak edir. Lakin müxalifət partiyaların namizəd sayı ümumilikdə götürdükdə çox azdır. Ən çox namizəd irəli sürən (25 nəfər) müxalifət təşkilatı Müsavat Partiyasıdır. Yeri gəlmişkən, bütün müxalifət namizədlərinin hamısı deputat seçilsə belə, onların Milli Məclisdəki məsələlərə təsiretmə imkanları […]