Sosial şəbəkədə öz övladını satmaq istəyən ananın uşağı əlindən alındı

Oxunma vaxtı:31 Saniyə

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Qeyd edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

“Dövlət Komitəsi vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırır”, – məlumatda vurğulanıb.

Loading

Next Post

Paris-2024: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən […]