“Qarabağ” klubu ilə bağlı çəkilən filmin adı məlum olub

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.
Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ekran əsəri “Qarabağ” FK 30 mövsüm səfərdə” adlanır.
Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin “Salnaməfilm” studiyasında istehsal olunur.
“”Qarabağ” FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq”, – qurumdan vurğulanıb.
Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.

Loading

Next Post

Ermənistanda məntəqəyə qumbara ilə hücum edildi

Ermənistanda qumbara ilə silahlanmış maskalı şəxs valyutadəyişmə məntəqəsinə daxil olaraq külli miqdarda pul oğurlayıb. Dogrusoztv.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qumbaranın üzüyünü dartaraq məntəqə əməkdaşlarını qorxudub.  Məlumata görə, oğru valyutadəyişmə məntəqəsində olan 4 400 000 min dramı (təxminən 17 800) götürərək qaçıb. Şübhəli hələ də tapılmayıb.  Faktla bağlı […]