Meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verildi

Oxunma vaxtı:27 Saniyə

“Qalatasaray”la Superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verilib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, İntizam Komitəsinin qərarına əsasən, “Fənərbaxça”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, komanda 4 milyon lirə, Ahmet Ketençi isə 520 min lirə cərimələnib.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra fənərbaxçalılar meydanı tərk ediblər. Beləliklə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.

Loading

Next Post

Abasov üçün dövrənin son sınağı...

Bu gün şahmat üzrə İddiaçılar Turnirində VII turun oyunları keçiriləcək. Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti sınağına çıxacaq. 29 yaşlı təmsilçimiz I dövrədəki son matçında Vidit Santoş Qujrati ilə qarşılaşacaq. Təmsilçimiz hindistanlı rəqibinə qarşı ağ fiqurlarla oynayacaq. İddiaçılar Turniri VII tur, 11 aprel […]