Abasov üçün dövrənin son sınağı…

Oxunma vaxtı:40 Saniyə

Bu gün şahmat üzrə İddiaçılar Turnirində VII turun oyunları keçiriləcək.

Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti sınağına çıxacaq.

29 yaşlı təmsilçimiz I dövrədəki son matçında Vidit Santoş Qujrati ilə qarşılaşacaq. Təmsilçimiz hindistanlı rəqibinə qarşı ağ fiqurlarla oynayacaq.

İddiaçılar Turniri

VII tur, 11 aprel

Hikaru Nakamura – Yan Nepomnyaşi

Fabiano Karuana – Rameşbabu Praqnanandja

Nicat Abasov – Vidit Santoş Qujrati

Alireza Firuzya – Dommaradju Qukeş

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) – 4, 3. Fabiano Karuana (ABŞ) – 3,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 3,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 3, 6. Hikaru Nakamura (ABŞ) – 3, 7-8. Alireza Firuzya (Fransa), Nicat Abasov (Azərbaycan) – 1,5.

Qeyd edək ki, I dövrənin son turundan sonra iştirakçılara bir günlük fasilə veriləcək. VIII turun görüşləri aprelin 13-də baş tutacaq (Qafqazinfo)

Loading

Next Post

“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Qarabağa səfəri başlayıb

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb. Bu barədə “Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir. Onlar 1997-ci il “Xocavənd əməliyyatı”nın 27-ci ildönümündə kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı əraziyə gedib, qrupun şəhid olduğu yerə gül dəstələri düzüb, onların əziz xatirələrini yad ediblər. Daha […]