İrəvanda Avropa çempionu olan türkiyəli atletlər Bakıya gəlir

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcək.

Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.

Qonaqların yer aldığı təyyarə sabah saat 16.10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Türkiyəlilərin qarşılanma mərasimi təşkil olunacaq.

Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Loading

Next Post

Türkiyədə neft tankeri avtomobillə toqquşdu - Ölən və yaralılar var

Türkiyənin Şırnak şəhərinin İdil rayonunda neft daşıyan tanker avtomobillə toqquşub.  Qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Nəqliyyat vasitəsinin sürücüsü Abdurrahman Laçın hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar İdil Dövlət Xəstəxanasına aparılıb. Qəzadan sonra tankerdə başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.