IFFHS: “Qarabağ” avrokuboklarda rekordu təkrarlayıb

Oxunma vaxtı:23 Saniyə

“Qarabağ” avrokuboklarda rekordu təkrarlayıb.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub.

“Köhlən atlar” Bolqarıstanda “Ludoqorets”ə qalib gəldiyi (əsas vaxt – 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.

Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın “Lans” (1977/1978), Kiprin “Omoniya” (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda dörd dəfə fərqləniblər.

Loading

Next Post

İlham Cəmiloğlu vəfat etdi

Jurnalist İlham Cəmiloğlu vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, İ.Cəmiloğlu ötən gün gecə saatlarında ürəktutmadan dünyasını dəyişib. Qeyd edək ki, uzun müddət media sahəsində fəaliyyət göstərən İlham Cəmiloğlu (Xudiyev) hərbi jurnalist olub. O, SSRİ dövründə Xankəndi radiosunun azərbaycanlı aparıcısı idi.